Trampın sərvəti iki dəfədən çox artıb - SƏBƏB BU İMİŞ

ABŞ prezidenti Donald Trampın sərvəti 2024-cü ildəki 2,3 milyard dollardan 2025-ci ilin 3 ayında 5,1 milyard dollara yüksəlib.

Musavat.com xəbər verir ki, məlumat Forbes jurnalı dünyanın ən varlı adamlarının 39-cu reytinqində açıqlanıb.

Jurnal qeyd edir ki, bu artımın əsas səbəbi Trampın 2024-cü ildə “kriptovalyutaya çox sərfəli investisiya” etməsidir. “Forbes”in məlumatına görə, Donald Trampın sərvətinin əsas hissəsi daşınmaz əmlakdan gəlir. O, həmçinin qolf meydançalarına, dəbdəbəli malikanələrə, şərab zavoduna və Trump Force One kimi tanınan 1991-ci il Boeing 757-200 təyyarəsinə sahibdir.

Musavat.com

01.04.2025 17:23
462