ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. Ukraynaya göstərilən maliyyə dəstəyi ilə bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, bununla bağlı o, "X" sosial şəbəkəsində paylaşım edib.
Trampın oğlu Ukrayna prezidenti Volodimir Zelenskini müharibəni ABŞ-ın maddi yardımı olmadan qazanmağa çağırıb:
"Qoy Zelenski bu müharibəni bizim tərəfimizdən sonsuz dollar axını olmadan qazansın. Görək, o, bunu necə bacaracaq".
Musavat.com