Trampın kriptosundan milyonlar axdı – 324 milyon dollar qazanc

ABŞ prezidenti Donald Trampın adı ilə bağlı yaradılmış kriptovalyuta onun və müttəfiqlərinin böyük qazanc əldə etməsinə səbəb olub.

Musavat.com xəbər verir ki, "Newsmax" telekanalının yaydığı məlumata görə, Tramp və onun komandası yanvar ayında istifadəyə verilən TRUMP tokenindən bu günə qədər 324,5 milyon dollar komissiya gəliri əldə ediblər.

Trampın inauqurasiyasından (22 yanvar) sonra tokenin qiyməti 44,28 dollara qədər yüksəlib. Hazırda isə bu rəqəm 14,49 dollar səviyyəsindədir.

Musavat.com

21.05.2025 10:31
514