ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” Çin mənşəli məşhur video xidməti üçün sürpriz təklif edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, TikTok şənbə gününə qədər sahiblik strukturunu dəyişməlidir, əks halda ABŞ-da qadağa qoyulacaq.
Amazon TikTok-u əldə etmək üçün son dəqiqədə öz təklifini verib. Bununla belə, digər danışıqlar aparan şəxslər şirkətin təklifini ciddi qəbul etmirlər.
Məlumatlı mənbələrdən biri bildirib ki, təkliflə məktub ABŞ-ın vitse-prezidenti J.D.Vence və ticarət naziri Hovard Lütnikə göndərilib.
Qeyd edək ki, “Amazon” şirkətini qurucusu və sahibi ABŞ prezidenti Donald Trampla yaxınlığı ilə bilinən Cef Bezosdur.
Musavat.com