Trampdan şok açıqlama-“siz axmaqsız, bu axmaqlıqdır" deyib geri çəkiləcəyik”  

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar “kulminasiya nöqtəsinə yaxınlaşır.

Musavat.com yazır ki, o, Ukrayna sülh danışıqları üçün son tarixi açıqlamaqdan imtina edib.

“Müəyyən gün sayı yoxdur", -Tramp deyib. Lakin onu da əlavə edib ki, atəşkəs sazişinin tezliklə bağlanmasını istəyir: “Hər hansı bir səbəbdən tərəflərdən biri prosesi çox çətinləşdirsə, “siz axmaqsız, bu axmaqlıqdır" deyib, sadəcə geri çəkiləcəyik”.

Rusiya prezidenti Vladimir Putinin danışıqları yubadıb-yubatmadığı ilə bağlı suala Tramp, “ümid edirəm ki, yox”, cavabını verib.

Cavanşir ABBASLI
Musavat.com

20.04.2025 15:41
637