Trampdan sensasion qərar: ABŞ 5 milyard dollarlıq xarici yardımı dayandırır

 Ağ Ev ABŞ Konqresinin təsdiqlədiyi təxminən 5 milyard dollarlıq xarici yardım və sülhməramlı xərcləri ixtisar etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumata görə, bu məbləğ ABŞ-ın beynəlxalq təşkilatlara ayırdığı vəsait, sülhməramlı missiyalar, həmçinin USAID xətti ilə göstərilən yardımları əhatə edir. "New York Post"-un yazdığına görə, Tramp administrasiyası bu qərarla ölkə daxilində maliyyə resurslarını gücləndirməyi planlaşdırır.

Bu addım ABŞ-ın xarici siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir və beynəlxalq təşkilatlarla münasibətlərə ciddi təsir göstərə bilər.

Musavat.com

29.08.2025 12:25
2242