Trampdan Rusiyaya qarşı xəbərdarlıq: “Putin məni çox qəzəbləndirdi, onunla danışacam...”– VİDEO

ABŞ prezidenti Donald Tramp "NBC" kanalının jurnalisti Kristen Uelkerə müsahibəsi zamanı bildirib ki, əgər Rusiya ilə Ukraynada qan tökülməsinin dayandırılması ilə bağlı razılığa gələ bilməsələr və o, bu vəziyyətdə Rusiyanı günahkar hesab etsə, Moskvanın neft ixracına qarşı ikinci dərəcəli rüsumlar tətbiq edəcək.

"Əgər Rusiyanın günahı olarsa, bu belə olmaya da bilər – ancaq mən belə hesab etsəm, Rusiyadan gələn bütün neftə ikinci dərəcəli rüsumlar tətbiq edəcəyəm", – Tramp vurğulayıb.

Musavat.com xəbər verir ki, o, həmçinin həftə ərzində Vladimir Putinlə danışmağı planlaşdırdığını açıqlayıb.

Trampın sözlərinə görə, Rusiya neftinə 25%-lik tariflər istənilən vaxt qüvvəyə minə bilər.

ABŞ prezidentini qəzəbləndirən məqam Rusiya liderinin Ukrayna prezidenti Volodimir Zelenski və Kiyevdə yeni hakimiyyətin formalaşması ilə bağlı dedikləri olub. Martın 28-də Murmanskda dənizçilərlə görüş zamanı Putin bildirib ki, Rusiya Ukraynada BMT-nin himayəsi altında müvəqqəti idarəetməni mümkün sayır. O, bir daha vurğulayıb ki, Ukraynada legitim hakimiyyət mövcud deyil.

Musavat.com

30.03.2025 18:34
1074