ABŞ prezidenti Donald Tramp bildirib ki, İkinci Dünya müharibəsində qələbə yalnız Amerika Birləşmiş Ştatlarının sayəsində əldə olunub.
Musavat.com xəbər verir ki, bu barədə Tramp özünün sosial şəbəkəsi olan Truth Social-da paylaşım edib.
“Biz iki dünya müharibəsində qələbə qazandıq, amma heç vaxt bu zəfəri öz adımıza çıxmadıq – bunu digərləri edir! Bütün müttəfiqlər dünya üzrə bizim İkinci Dünya müharibəsindəki qələbəmizi qeyd edir. Tək bir ölkə var ki, bunu qeyd etmir – Amerika Birləşmiş Ştatları. Halbuki bu qələbə yalnız bizim sayəmizdə mümkün olub”. , - deyə o qeyd edib.
Trampın sözlərinə görə, əgər ABŞ olmasaydı, müharibəni başqa ölkələr qazana bilərdi və bu, dünyanın bu gün tamamilə fərqli görünməsinə səbəb olardı.
Bu səbəbdən sabiq prezident ABŞ-da Birinci və İkinci Dünya müharibələrində qələbə münasibətilə milli bayramların təsis olunması təşəbbüsü ilə çıxış edib.
“Biz ölkəni bu iki mühüm tarixdə – 11 noyabr və 8 mayda bağlamayacağıq. Çünki Amerikada onsuz da çox bayram var. Artıq ildə kifayət qədər gün qalmayıb! Biz o vaxt da zəhmətkeş idik, indi də eləyik!” , - deyə Tramp əlavə edib.
Tramp bildirib ki, bu təşəbbüslə bağlı sənədlər daha sonra təqdim olunacaq.
O, mesajını isə hər zamankı şüarı ilə tamamlayıb: “Amerikanı yenidən möhtəşəm edəcəyik!”
Toğrul İSMAYIL,
Musavat.com