Trampdan QALMAQALLI AÇIQLAMA - Onlara ölüm cəzası VƏD ETDİ

"Narkotik alverçiləri üçün ölüm cəzasını tətbiq etməyə hazıram".

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu prezident Donald Tramp ölkə qubernatorları ilə görüşdə deyib.

"Cəza olduqca sərt olmalıdır. Əgər diqqət yetirsəniz, ölüm cəzasının tətbiq olunduğu ölkələrdə narkotiklə bağlı problemlər yoxdur", – Ağ Evin rəhbəri vurğulayıb.

O, həmçinin bu cəza tədbirinin çox humanist olduğunu bildirib. Trampın sözlərinə görə, "hər bir narkotik alverçisi orta hesabla ən azı 500 nəfəri öldürür".

Musavat.com

02.03.2025 17:34
2203