Trampa qarşı qadına sataşma ittihamı - keçmiş model Steysi Kamala Harrisin tərəfdarıdır

Donald Trampın Ağ Evə qayıtması yolunda yeni-yeni maneələr yaradılır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti 1993-cü ildə maqnat Ceffri Epşteyn tərəfindən yanına gətirilən keçmiş model Steysi Uilyamsı zorlamaqda ittiham olunur. S.Uilyams bu barədə özü açıqlama verib.

“Qardian” qəzeti yazır ki, Uilyams Trampla 1992-ci ildə Epsteynin təşkil etdiyi Milad ziyafətində görüşüblər və onun qınadığı hadisələr qısa müddət sonra baş verib. Qadının dediyinə görə, yuxarıda qeyd olunan ziyafətdən bir neçə ay sonra o, Epşteynlə birlikdə Respublikaçılar partiyasına qatılıb.

“Məni özünə tərəf çəkdi və əlimdən tutmağa başladı. O, əllərini sinəmə, belimə, kürəyimə qoydu və mən donub qaldım”, - deyə Uilyams ABŞ prezidenti postunda Co Baydeni əvəz etməyə çalışan Kamala Harrisini dəstəklənməsi üçün yaradılan toplantıdakı çıxışı zamanı bildirib.

Epsteynlə münasibəti olduğunu etiraf edən keçmiş model deyib ki, baş verənlər onu çox çaşdırıb.

Tramp S.Uilyamsın iddiaları barədə öyrəndikdən sonra kampaniyasının sözçüsü Kerolayn Levitt vasitəsilə ictimaiyyətə açıqlama verib. Sözçüsü onun adından bildirib: “Barak Obamanın keçmiş tərəfdarı tərəfindən irəli sürülən və seçkiyə iki həftə qalmış Harrisin seçkiqabağı müraciətində açıqlanan bu iddialar birmənalı olaraq yalandır. Aydındır ki, bu yalan hekayə Harrisin kampaniyası tərəfindən uydurulub”.

Musavat.com

24.10.2024 15:35
260