ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı bu il üçüncü dəfə sui-qəsdə cəhd edilib.
Musavat.com xəbər verir ki, bu barədə "New York Post" yazıb.
FTB hesab edir ki, Trampın mitinqinin keçirildiyi yerin yaxınlığında silahlı şəxsin saxlanılması sui-qəsdin qarşısını almır.
Lakin hadisədən sonra Riverside County Şerifi bildirib ki, asayiş keşikçiləri “daha bir qətlə cəhdin” qarşısını alıblar.
Həbs edilən Miller adlı şəxsin mitinqə saxta VIP vəsiqələri və mətbuat sənədləri olub. Onun əvvəllər qanunla bağlı problemləri olub. Bundan əlavə, Miller ifrat sağçı Suveren Vətəndaşlar hərəkatının üzvüdür.
Musavat.com