Trampa atəş açan şəxs ÖLDÜRÜLDÜ

ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniya ştatındakı mitinqində atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb.

Musavat.com bu barədə CNN-ə istinadən məlumat verir.

“Prezidentliyə namizəd Donald Trampa atəş açan şübhəli şəxs Gizli Xidmət tərəfindən zərərsizləşdirilib”, - deyə məlumatda qeyd edilir.

Bundan başqa, hadisə nəticəsində mitinq iştirakçılarından da bir nəfərin öldüyü də bildirilib.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

@@TVmusavat/90717@@

14.07.2024 03:55
2560