ABŞ-ın sabiq prezidenti Donald Trampın böyük bacısı, hakim Marianne Tramp-Barri 86 yaşında vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times“ mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, o, Manhettendəki evində dünyasını dəyişib.
Məlumata görə, Tramp-Barri Nyu-Cersidə federal hakim vəzifəsində çalışıb. 2011-ci ilin iyun ayında o, böyük hakim vəzifəsinə başlayıb. 2019-cu ildə Tramp ailəsi hüquqi araşdırmaya məruz qaldıqdan sonra Barri istefa verib.
Musavat.com