Tramp yenə Ermənistanı səhv saldı - VİDEO

ABŞ prezidenti Donald Tramp “Azərbaycanla Albaniya arasındakı münaqişəni həll etdiyini” deyib.

Musavat.com xəbər verir ki, ABŞ lideri “Fox News” telekanalında Albaniya və Ermənistanı qarışdırıb.

“Azərbaycanla Albaniya arasındakı həll olunmamış müharibəni mən həll etdim. Münaqişə uzun illər davam etmişdi” , – deyə Ağ Ev rəhbəri bildirib.

Musavat.com

12.09.2025 19:59
897