Tramp Viktor Orbanı “Türkiyənin böyük lideri” adlandırdı  

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı “Türkiyə üçün böyük lider” adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tramp Nyu-Hempşirdə seçki kampaniyası zamanı çıxışı zamanı bu sözləri ifadə edib.

“Belə bir insan var, Viktor Orban, onun haqqında eşidən varmı? O yəqin ki, dünyanın ən güclü liderlərindən biridir. O, Türkiyənin lideridir”.

ABŞ-ın sabiq rəhbəri Orbanın Rusiya ilə “cəbhəsi” olduğunu da deyib. Lakin bilindiyi üzrə nə Türkiyənin, nə də Macarıstanın Rusiya ilə birbaşa sərhədi yoxdur.

Musavat.com

24.10.2023 13:35
1549