Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa görə dünya Üçüncü dünya müharibəsinin astanasındadır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Respublikaçılar partiyasının qurultayında bəyan edib.
“Silahlar artıq irəli-geri sürünən və bir-birinə atəş açan tanklar deyil. Biz kütləvi məhv silahlarından danışırıq”,- deyə - Tramp vurğulayıb.
Onun sözlərinə görə, dünya indiyə qədər heç vaxt yaşamadığı beynəlxalq böhran yaşayır. “Avropada və Yaxın Şərqdə müharibə gedir. Artıq savaş ruhu Tayvan, Koreya, Filippin və bütün Asiyada dolaşır”, - deyə Tramp əlavə edib.
O, prezident olacağı təqdirdə bütün böyük beynəlxalq münaqişələrə son qoya biləcəyini iddia edib. “Mən bu administrasiyanın yaratdığı bütün beynəlxalq böhranlara, o cümlədən Rusiya və Ukrayna arasında baş verən dəhşətli müharibəyə və İsrailə hücumun törətdiyi müharibəyə son qoyacağam”, – deyə respublikaçı namizəd söyləyib.
Musavat.com