ABŞ, Ukrayna və bir sıra Avropa ölkələri Donald Tramp və Vladimir Putin arasında danışıqlardan əvvəl ortaq mövqe hazırlamaq üçün Böyük Britaniyada görüş keçirəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, avqustun 9-10-da Böyük Britaniyada ABŞ, Ukrayna və bir sıra Avropa ölkələrinin yüksək səviyyəli nümayəndələrinin görüşü keçiriləcək. Axios-un məlumatına görə, iştirakçılar ABŞ və Rusiya prezidentləri arasında danışıqlardan əvvəl ortaq mövqeni müzakirə edəcəklər.
İclasda konkret kimin iştirak edəcəyi hələlik açıqlanmır.
Xatırladırıq ki, avqustun 15-də Donald Tramp və Vladimir Putin Alyaskada görüşəcəklər. Putin ABŞ-a Donbas müqabilində Ukraynada hərbi əməliyyatları dayandırmağı təklif edib. Ukrayna hakimiyyəti bəyan edib ki, onlar öz ərazilərini vermək niyyətində deyillər.
Musavat.com