Tramp: Ukraynaya NATO formatında təhlükəsizlik zəmanəti verilməyəcək  

 ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətlərinin NATO çərçivəsində təqdim olunması ehtimalını istisna edib.

“Bu, baş verməyəcək. Ukraynaya təhlükəsizlik zəmanətləri Avropa və digər ölkələrin iştirakı ilə verilə bilər, lakin NATO formatında yox”, – deyə Tramp vurğulayıb.

Musavat.com xəbər verir ki, ABŞ lideri həmçinin bildirib ki, Alyaskada keçiriləcək sammitdən müəyyən nəticələrin çıxmasının mümkün olduğunu istisna etmir.

Musavat.com

15.08.2025 17:10
394