Tramp Ukraynaya görə Putinlə dialoq aparırmı? -Rəsmi AÇIQLAMA


Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna ilə sülhün əldə edilməsi şərtləri ilə bağlı dialoq aparmırlar.

Musavat.com xəbər verir ki, bunu prosesləri şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov deyib .

Məlumat üçün bildirək ki, Tramp dəfələrlə bəyan edib ki, yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həllinə nail olmaq niyyətindədir.

03.07.2024 13:32
436