Tramp Ukraynanı tək qoyur? ABŞ-ın danışıqlardan çıxmaq hədəsi Kiyevə təzyiq kimi dəyərləndirilir


ABŞ dövlət katibi Rubbionun son açıqlamaları beynəlxalq aləmdə rezonans doğurub.

Musavat.com xəbər verir ki, “Axios” nəşri ABŞ-ın danışıqlar prosesindən çıxmaqla bağlı hədələrinin, əslində, Moskvaya deyil, Kiyevə ünvanlandığını yazıb. Nəşrə danışan və Ukrayna hökumətinə yaxın mənbə bildirib ki, dövlət katibi Rubbionun şərhləri, görünür, Ukraynaya təzyiq göstərmək məqsədi daşıyır.

Həmin mənbə, həmçinin, Donald Trampın danışıqlardan çəkilməsi halında ABŞ-ın Ukraynaya hərbi yardımını dayandıra biləcəyindən narahat olduğunu bildirib. Bu isə Vaşinqtonun Kiyevlə münasibətlərində yeni bir gərginlik mərhələsinə işarə edir.

Musavat.com

19.04.2025 10:57
173