Ukrayna prezidenti Vladimir Zelenski CNN telekanalına müsahibə verib və bildirib ki, iki həftə əvvəl ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı olub. Zelenski deyib ki, telefon danışığı zamanı Tramp ona hakimiyyətə gələcəyi təqdirdə Ukraynanı dəstəkləyəcəyinə söz verib.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
Eyni zamanda Ukrayna lideri Trampın mümkün seçki qələbəsinə bir neçə gün qalmış müharibəni bitirəcəyini deyərkən nəyi demək istədiyini hələ də anlamadığını bildirib.
“Ancaq mənim mövqeyim ondan ibarətdir ki, seçkiqabağı dövr və seçkiqabağı bəyanatlar bəzən o qədər də real deyil”.
O əlavə edib ki, ilk növbədə o, Bayden, Tramp və Harrisə sülh planı haqqında məlumat verəcək, həmçinin bunu ABŞ Konqresi ilə bölüşəcək. Bundan sonra sülh planı ictimaiyyətə açıqlana bilər.