Tramp SÖZ VERDİ: İlk gündən Qəzzada...

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçkidə qalib gəlsə, vəzifəsinin ilk günündə Fələstin-İsrail münaqişəsini həll edə biləcək.

APA xəbər verir ki, Tramp bunu “X” sosial şəbəkəsində Qəzza zolağının Rəfah bölgəsində altı girovun meyitinin tapılması ilə bağlı xəbərləri şərh edərkən deyib.

"Ölkəmiz və gözəl xalqımız ABŞ prezidenti Co Baydenin dövründə təhlükəsiz deyil və vitse-prezident Kamala Harrisin dövründə daha az təhlükəsiz olacaq. Mən prezident olsaydım, bu dəhşət heç vaxt baş verməzdi və bu dəhşət mən Oval Ofisə qayıdacağım gün dayanacaq.”, - deyə o bildirib.

02.09.2024 08:00
536