Tramp son 15 ildə ən çox gənc səsi toplayan respublikaçı oldu

Donald Tramp 2008-ci ildən bəri 30 yaşdan aşağı seçicilər arasında ən çox səs toplayan respublikaçı namizəd olub.

Musavat.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, təxminən 47% gənc kişi və 36% gənc qadın Trampa dəstək verib.

Bildirilib ki, bu rəqəmlər Trampın gənclər arasında populyarlığının əvvəlki seçkilərə nisbətən əhəmiyyətli dərəcədə artdığını göstərir.

Məsələn, 2020-ci ildə 18-29 yaş arası seçicilərin 35%-i ona səs vermişdi ki, bu da respublikaçı namizəd üçün yüksək göstərici sayılırdı.

Gənc seçicilər arasında dəstəyin artması Trampın sosial mediada apardığı aktiv kampaniyalar və iqtisadiyyat, işsizlik kimi gənclərin narahat olduğu mövzulara diqqət çəkməsi ilə əlaqələndirilir.

Buna baxmayaraq gənclər arasında dəstəyin artmasına rəğmən, Tramp bu yaş qrupunda demokratlara məğlub olur. Sorğulara əsasən, 30 yaşdan aşağı seçicilərin təxminən 60%-i Demokrat Partiyasının namizədlərinə üstünlük verir.

Beləliklə, Tramp gənc seçiciləri cəlb etməkdə əhəmiyyətli irəliləyiş əldə etsə də, demokratlar bu demoqrafik qrupda hələ də üstünlük təşkil edirlər.

Musavat.com

06.11.2024 10:55
593