Tramp seçkilərdə qalib gəlsə, NATO ilə bağlı bu addımı atacaq

Tramp seçkilərdə qalib gələcəyi təqdirdə NATO-nun şərqə doğru genişlənməyindən imtina edəcəyini vəd edəcək. 

Musavat.com xəbər verir ki, bu barədə Amerikanın Politico qəzeti yazıb. 

Qəzet yazır: "ABŞ prezidentliyinə namizədliyini irəli sürən respublikaçı Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə NATO-nun şərqə doğru genişlənməkdən imtina edəcəyini vəd etmək, həmçinin Şimali Atlantika Alyansının bəzi ölkələrini Vaşinqtonun təhlükəsizlik zəmanətlərindən məhrum etmək imkanını nəzərdən keçirir". 

 

Musavat.com 

03.07.2024 03:24
762