Tramp seçilsə, Mask və Kennedi yüksək vəzifə tutacaqlar

ABŞ prezidentliyinə namizəd Donald Tramp qeyd edib ki, prezident seçkilərində qalib gəlsə, sahibkar İlon Maska və keçmiş müstəqil namizəd Robert Kennediyə administrasiyasında mühüm rollar verməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadla verir ki, bu barədə siyasətçi jurnalist Taker Karlsona müsahibəsində bildirib.

"Bobbi Kennedİ və İlon MAsk... administrasiyanızda nüfuzlu fiqurlar olacaq?" – Carlson soruşub.

“Bəli, elədir”, - deyə Donald Tramp cavab verib.

Xatırladaq ki, Kennedi kiçik 2024-cü ilin avqustunda prezidentlik yarışından çəkildiyini və Trampın namizədliyini dəstəklədiyini açıqlamışdı. Daha sonra o, təklif alacağı təqdirdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etmək istədiyini deyib.

İlon Mask da Donald Trampı dəstəkləyib. Siyasətçi etiraf edib ki, prezident seçkilərində qalib gəlsə, administrasiyasında hansısa vəzifəyə sahibkar təyin edəcək.

Musavat.com

01.11.2024 11:38
293