ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Ukraynadakı münaqişəyə son qoymaq üçün müzakirələrdə fəal iştirak edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp Vladimir Putinlə şəxsi söhbətlərinin olub-olmadığını dəqiqləşdirməsə də, artıq Rusiya ilə danışıqlar aparıldığını bildirib.
“Müharibənin dayandırılması üçün əlimdən gələni edəcəyəm. Artıq müzakirələrimiz gedir. Biz artıq dialoqa başlamışıq”, - Tramp bildirib.
O, Rusiya lideri ilə təmasda olub-olmaması ilə bağlı suala belə cavab verib: “Mən bunu demək istəmirəm, amma biz artıq Rusiya ilə çox ciddi müzakirələr aparırıq”.
Siyasətçi vurğulayıb ki, bu danışıqlarda məqsəd hərbi əməliyyatların tezliklə dayandırılmasıdır.
Musavat.com