ABŞ prezidentliyinə namizəd Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gəlsə, Böyük Britaniyanın baş naziri Kir Starmerə qarşı “total müharibə”yə başlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti Torilər partiyasındakı adı açıqlanmayan mənbələrə istinadən yazıb.
Trampın Leyboristlər Partiyasının ABŞ-ın vitse-prezidenti Kamala Harrisin adından ABŞ seçkilərinə müdaxilə etdiyi iddiası ilə bağlı Starmerə müharibə elan edəcəyi gözlənilir. Materialın müəllifləri vurğulayırlar ki, Britaniya baş nazirinin Vaşinqtonla münasibətlərə vurduğu zərəri qiymətləndirməmək olmaz.
“...Trampın komandası ona qarşı total müharibə aparmağa hazırdır və gözləyir. Starner anti-amerikan ovqatlı, sızlayan, liberal bir cansıxıcı kimi qəbul edilir”, – Leyboristlərin sözçüsü bildirib.
Musavat.com