Polşanın baş naziri Donald Tusk bildirib ki, ABŞ prezident Donald Tramp ilə Vladimir Putin arasında keçiriləcək görüşdən əvvəl Avropa müttəfiqləri ilə mövqelərini müzakirə etməyə söz verib.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Tusk bu açıqlamanı mətbuat konfransında verib.
O qeyd edib ki, Alyaskada baş tutacaq görüşün nəticələrini səbirsizliklə gözləyir: “Bu danışıqlardan həm böyük ümidlərim, həm də ciddi narahatlıqlarım var”.
O vurğulayıb ki, istənilən sülh danışıqlarında Ukraynanın iştirakı zəruridir və beynəlxalq sərhədlərin zor tətbiq olunaraq dəyişdirilməsi qəbuledilməzdir. Tusk əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində işğalçının hər hansı üstünlük əldə etməsinə yol verilməməlidir.
Musavat.com