Tramp Putinlə bağlı GİZLİ MƏQAMLARI açdı: "Dedim ki, bunu edə bilməzsən, Vladimir..." - ŞOK SƏS YAZISI

ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maska verdiyi sensasion müsahibədə bir sıra məsələlərə toxunub.

Musavat.com xəbər verir ki, mövzulardan biri də Rusiya prezidenti Vladimir Putinlə keçmiş və gələcək münasibətlərdir.

Tramp bildirib ki, seçkidə qalib gəlsə, Vladimir Putinlə münasibətləri yaxşılaşdırmağı planlaşdırır.

İlon Maska verdiyi müsahibədə o, prezidentliyi dövründə Rusiya lideri ilə “çox yaxşı” münasibətdə olduğunu qeyd edib və Putini “danışıb, anlaşmağı bacaran tərəf” hesab etdiyini vurğulayıb.

Trampın sözlərindən SİTAT: "Mən Vladimir Putinə dedim: "Bunu etmə. Bunu edə bilməzsən, Vladimir. Pis günlər gələcək. Bunu etmə". Mən də onun hərəkətlərinə cavab olaraq nə edəcəyimi söylədim. O, belə cavab verdi: “Bu mümkün deyil”. Mən dedim ki, bu mümkündür. Bu bizim son söhbətimiz idi. O, heç vaxt bunu etməzdi. Biz yaxşı anlaşırdıq və ümid edirəm ki, onunla yenidən anlaşacağıq. Yaxşı olacaq. Kim Çen Inla da yaxşı yola gedirdim".

Tramp, həmçinin Co Baydeni Ukraynanın NATO-ya üzv olmasına icazə verdiyinə görə tənqid edib.

Musavat.com sözügedən müsahibədən bir hissəni təqdim edir:

Musavat.com 

13.08.2024 09:55
1939