Tramp Putinin Donbassa tam nəzarət təklifini dəstəkləyir – "Fox News"

Musavat.com xəbər verir ki, "Fox News" telekanalı anonim bir Avropa diplomatına istinadən, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin Donbassa tam nəzarət təklifini dəstəklədiyini yazıb.

Məlumata görə, Putin Ukraynaya qarşı razılaşma əldə etmək üçün Rusiya qüvvələrinin Donbassa tam nəzarət etməsini və digər yerlərdə döyüş xəttini “dondurmasını” təklif edib. Trampın bu təklifi dəstəkləməsi, ABŞ-ın mövqeyində ciddi dəyişiklik kimi qiymətləndirilir.

Diplomatın sözlərinə görə, bu yanaşma Ukrayna ilə potensial razılaşma əldə etmək üçün Moskvaya strateji üstünlük verə bilər və regional balansda yeni gərginliklər yarada bilər.

Musavat.com

17.08.2025 14:07
495