Tramp Putini qarşılayıb, ilk açıqlamalarını verdi

Ankoricdə Rusiya prezidenti Vladimir Putini qarşılayan ABŞ prezidenti Donald Tramp qısa açıqlamalar verib.

Musavat.com-un xarici agentliklərə istinadən xəbərinə görə, o bildirib ki, Ukraynada sülh sazişi Moskva və Kiyev tərəfindən razılaşdırılmalıdır, lakin o, mümkün razılaşma üçün zəmin hazırlamaq istəyir.

Tramp həmçinin Putinlə Zelenski arasında danışıqlara ümid etdiyini bildirib və bu prosesdə iştirakını mümkün hesab edib.

Musavat.com

15.08.2025 23:28
535