Tramp Putin və Zelenski ilə görüşdən danışdı: “Yaxın vaxtlarda baş tuta bilər”

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə mümkün görüş barədə açıqlama verib.

Tramp jurnalistlərə bildirib ki, bu gün Putinlə çox yaxşı telefon danışıqları aparılıb: “Bu gün bizim Putinlə çox yaxşı müzakirəmiz oldu. Görüşün çox yaxın vaxtlarda baş tutması üçün yaxşı şans var”.

Bununla belə, Tramp qeyd edib ki, hələlik bu danışıqları “irəliləyiş” və ya “prorıv” kimi qiymətləndirməzdi: “Əlbəttə, bu hələ son deyil, amma ümidverici başlanğıcdır”.

ABŞ prezidentinin bu açıqlaması Ukrayna müharibəsinin diplomatik yolla həllinə yönəlik səylərin artdığı bir dövrə təsadüf edir. Gözlənilir ki, Trampın təşəbbüsü ilə baş tutacaq mümkün üçtərəfli görüşdə konkret sülh təklifləri masaya qoyulsun. 

 

Musavat.com

07.08.2025 01:43
193