Tramp prezident seçilsə, bütün idxal məhsullarına əlavə rüsum tətbiq edəcək

Respublikaçılar Partiyasından prezidentliyə namizəd və keçmiş dövlət başçısı Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə idxal rüsumlarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, o bu barədə Bloomberg-ə müsahibəsində danışıb.

Trampın sözlərinə görə, o, “Amerika şirkətlərinin istehsalını ABŞ-a qaytarmaq” niyyətindədir: "Biz ABŞ-da mallarını istehsal edəcək şirkətlərin vergilərini azaldacağıq. Biz bu şirkətləri ciddi tariflərlə qoruyacağıq, tariflərə inanıram". O, əmindir ki, idxal rüsumlarının artırılması “minlərlə şirkətin” istehsalı ABŞ-a köçürməsinə səbəb olacaq.

Tramp seçki proqramında artıq hər hansı malın idxalına 10 faiz, Çindən idxala 60 faiz, ABŞ-dan kənarda istehsal olunan avtomobillərə isə 100 faiz rüsum tətbiq etməyi təklif edib.

Reuters-in hesablamalarına görə, Tramp administrasiyası 370 milyard dollar dəyərində Çin mallarına gömrük rüsumları tətbiq etməklə ticarət müharibəsi başladıb.

 

Musavat.com

16.10.2024 01:06
183