Tramp öz seçki komandasının məsləhətlərinə qulaq asmır

ABŞ prezidentliyinə namizəd Donald Trampın düşərgəsi narahatdır, hesab olunur ki, onların lideri “uduzmaq qərarına gələrək” seçki kampaniyasını qəsdən sabotaj edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yaxın ətrafı Trampı Kamala Harrisə şəxsi hücumlar etməməyə inandıra bitmir. Tramp sadəcə olaraq bu təklifləri rədd edir. Tərəfdarlar bunun onun həyatına sui-qəsddən sonra yaranan post-travmatik stress pozğunluğu ilə əlaqədar olduğunu düşünürlər.

Trampın seçki kampaniyasının tərəfdaşlarıdeyirlər ki, hazırkı prezident Cozef Bayden yarışdan çıxdıqdan sonra Tramp "özünü məhv edən spiral"ın içərisindədir. ABŞ-ın keçmiş prezidenti açıq şəkildə müşavirlərinin təkliflərinə məhəl qoymur.

O, Harrisə qarşı səmərəsiz təhqirləri dayandırmağa və bunun əvəzinə rəqibinə təsirli siyasi hücumlar etməyə çağırılıb. Məsləhət Trampın qısa ifadəsi ilə rədd edilib: “Mən nə etdiyimi bilirəm”.

Tərəfdarların sözlərinə görə, Donald Tramp sui-qəsd cəhdinin görüntülərini dəfələrlə nəzərdən keçirir. ABŞ prezidentliyinə namizədin həqiqətən post-travmatik stress pozğunluğundan əziyyət çəkə biləcəyi ilə bağlı narahatlıq artır.

Seçki kampaniyasının sponsorları və nümayəndələri Trampın öz seçki kampaniyasını niyə sabotaj etdiyini anlamağa çalışırlar.

Musavat.com

15.08.2024 14:41
315