“Tramp məni işdən qovub” - Emin Ağalarov

"Tramp məni işdən qovub" - Emin Ağalarov

Xalq artisti Emin Ağalarov rusiyalı jurnalistlərə verdiyi son müsahibədə maraqlı açıqlama verib.

Musavat.com lent.az-a istinadən bildirir ki, müğənni "Məni həyatımda cəmi bir dəfə işdən qovublar, o da öz xahişimlə. Məni işdən qovan adam Tramp idi",- deyə bildirib.

Emin qeyd edib ki, bu hadisə onun klip çəkilişləri üçün təşkil edilib.

"Amerikadaydıq. Klip çəkilişlərimiz gedirdi. Trampla təsadüfən qarşılaşdıq. Ona təklif elədim, razılıq verdi. Elə Trampın iclas otağında o səhnə çəkildi",- deyə Xalq artisti bildirib.

01.09.2024 17:52
3717