“Respublikaçıların namizədi Donald Tramp prezidentlik yarışında məğlub olarsa, ABŞ-da artıq düzgün seçkilər keçirilməyəcək”.
Musavat.com xəbər verir ki, bu barədə amerikalı ixtiraçı, sahibkar İlon Mask “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Demokrat Partiyasının liderləri 15 milyon qanunsuz miqrantı leqallaşdırmaq və bundan sonra ölkəyə daha on milyonlarla əcnəbi cəlb etmək istəyirlər. Maska görə, bu planın həyata keçirilməsi ABŞ-ı “daimi təkpartiyalı dövlətə” çevirəcək.
Musavat.com