Seçkilərin nəticələrinin elan olunmasından az sonra Donald Trampın Ağ Evdəki ikinci müddətə hakimiyyətinin komanda üzvləri bəlli oldu. Gələcək prezident əsas vəzifələrə təyin olunacaq şəxslərin adını çəkib. İlk müddətinin xaotik başlanğıcından fərqli olaraq, Tramp indi daha aydın plan və bu planı həyata keçirmək istəyən insanlardan ibarət administrasiya yaratmaq niyyətindədir.
O, mətbuata və sosial mediaya verdiyi açıqlamalarda yanvar ayında vəzifəyə gəldikdən sonra immiqrasiya və xarici siyasəti vurğulayaraq prioritetlərini açıqlayıb. Hələ ki, ilkin bilinənlər budur.
“Sərhəd çarı” iş başında: ən böyük deportasiya
İlk öncə onu deyək ki, Trampın son təyinatlarından bəziləri onun ABŞ-da yaşayan milyonlarla sənədsiz miqrantı deportasiya edəcəyi ilə bağlı seçki kampaniyası vədinin şişirtmə olmadığını göstərir.
2015-ci ildən Trampa yaxın məsləhətçi və spiker olan Stiven Miller Ağ Evin siyasət məsələləri üzrə aparat rəhbərinin müavini vəzifəsində işləyəcək. O, çox güman ki, kütləvi deportasiyalar üçün planlar hazırlayacaq və həm qeyri-qanuni, həm də qanuni immiqrasiyanı azaldacaq. Trampın ilk dövründə İmmiqrasiya və Gömrük Mühafizəsi Departamentinin direktoru vəzifəsini icra edən prezidentin ABŞ-Meksika sərhədində saxlanılan qeyri-qanuni mühacirlərin ailələrini bir-birindən ayırmaq siyasətini dəstəkləyən (uşaqlar valideynlərindən alınaraq xüsusi təcridxanalara göndərilib) Tom Homan da komandaya geri qayıdıb və ona Trampın “sərhəd çarı” kimi daha böyük səlahiyyətlər verilib.
Zatən "Mən bu ölkənin indiyə qədər gördüyü ən böyük deportasiyaya rəhbərlik edəcəyəm" bəyanatı ilə bu niyyət gizlədilməyib.
Çinə qarşı köklənmiş komanda
Bir çox analitiklər hesab edir ki, Çin həm iqtisadi, həm də hərbi baxımdan ABŞ-ın qlobal üstünlüyünə əsas və yeganə təhlükədir. Trampın özü daha ehtiyatlı davransa da, Çinə hücumlarının əksəriyyətini ticarətə yönəltməklə yanaşı, xarici siyasət komandasını açıq Çin tənqidçiləri ilə təmin edib. Yeni seçilmiş prezident Florida ştatından olan konqresmen, təqaüddə olan polkovnik Maykl Valtzı milli təhlükəsizlik üzrə müşaviri, Ağ Evdə əsas xarici siyasət postuna gətirəcək. Vals ABŞ-ın Çinlə soyuq müharibədə olduğunu və ABŞ-ı 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməyə çağıran Konqres üzvlərindən biridir. Trampın ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə seçdiyi konqresmen Elise Stefanik də anto-Çin mövqeyindədir və hələ seçki dönəmində o, Çini hakerlər vasitəsilə “açıq-aşkar seçki müdaxiləsində” ittiham edib.
Tramp hələ rəsmi olaraq dövlət katibi vəzifəsinə namizədinin adını açıqlamasa da, digər “Çin düşməni” - Florida ştatından senator bu yüksək vəzifəyə əsas namizəd kimi görünür. 2020-ci ildə Rubio, Honq Konqda demokratiya tərəfdarı etirazçıları sıxışdırdığına görə Çini cəzalandırmağı təklif etdikdən sonra Çin hökuməti tərəfindən sanksiyaya məruz qalıb.
Trampın ilk dövründə ABŞ və Çin arasındakı münasibətlər ticarət mübahisələri və koronavirus pandemiyası səbəbindən çox gərgin idi. Trampın Çinə tətbiq etdiyi bir çox sanksiyaları saxlayan və bəzi yenilərini tətbiq edən Co Bayden administrasiyası vəziyyəti yalnız bir qədər yüngülləşdirə bilib. Görünür, Trampın növbəti administrasiyası birinci müddətinin sonunda qaldığı yerdən davam edəcək.
Mask üçün xüsusi tapşırıq
Trampın siyasi təyinatlılarının siyahısında kiçik, lakin son dərəcə nüfuzlu başqa bir qrup da diqqəti çəkir. Dünyanın ən varlı adamı olan Elon Maskın komandada yer alması da bu sıradandır. Mask daim Trampın qərargahındadır, ona kadrlarla bağlı məsləhətlər verir və hətta Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə zənginə qoşulub. Bunun ardınca Tramp Maskı texnologiya iş adamı və keçmiş Respublikaçı prezidentliyə namizəd Vivek Ramasvami ilə birlikdə ABŞ Hökumətin Səmərəliliyi Departamentində (DOGE) işləməyə təyin etdiyini açıqladı.
Cütlüyə hökumət bürokratiyasının aradan qaldırılması, artıq normativ aktların və israfçı xərclərin azaldılması, eyni zamanda federal qurumların yenidən canlanması tapşırılıb. Tramp yeni agentliyi Hökumətin Effektivliyi Departamenti (DOGE) adlandırıb. “Birlikdə bu iki böyük amerikalı mənim administrasiyama hökumət bürokratiyasını dağıtmaq, lazımsız qaydaları ixtisar etmək, israfçı xərcləri azaltmaq və Amerikanı xilas etmək hərəkatı üçün vacib olan federal agentlikləri yenidən strukturlaşdırmaq üçün yol açacaq” -deyə Tramp yazıb.
Konqres prezident hakimiyyətinin kölgəsinə keçir
Tramp vəzifəyə gəldikdə respublikaçılar Senatda nəzarəti ələ keçirəcək və az fərqlə də olsa, Nümayəndələr Palatasında çoxluq şansını qoruyub saxlayacaq. Lakin yeni prezidentin ilk addımları onu göstərir ki, o, qanunvericilərlə işləməkdənsə, daha çox prezident səlahiyyətlərini həyata keçirməyə diqqət yetirir. Tramp bildirib ki, senatın Respublikaçı rəhbərliyi daha da məhdudiyyətsiz prezident təyinatlarına yol açmalıdır ki, bu da ona Konqresin iclasda olmadığı zaman Senatın razılığı olmadan yüksək administrasiya işlərini təhvil verməyə imkan verəcək.
Bu addım siyasi təyinatlıların müzakirəsində və namizədlərin təsdiqində Kapitoliya gücünün konstitusiya rolunu pozmaqla prezidentin hakimiyyətini gücləndirəcək.
İnzibati vəzifələrə keçən senatorlar tez bir zamanda öz ştatının qubernatoru tərəfindən yeni namizədin təyin edilməsi ilə əvəz edilə bilər. Lakin Nümayəndələr Palatasındakı hər hansı vakansiyanı doldurmaq üçün aylar çəkə biləcək xüsusi seçki tələb olunacaq. Musk da daxil olmaqla bəzi Tramp müşavirləri hər iki palatadan çoxlu Respublikaçını çıxarsa, onun qanunvericilik gündəmini təhlükə altına ala biləcəyi barədə xəbərdarlıq ediblər. Ən yaxşı şəraitdə belə, Konqres tərəfindən qanunların qəbulu vaxt, səy və ümumi razılıq tələb edəcək. Yeni immiqrasiya nəzarəti kimi icraedici tədbirlər prezident qələminin zərbəsi ilə həyata keçirilə bilər. Trampın hərəkətləri onu göstərir ki, yeni president də məhz bu variant seçəcək.
Kadr seçimində sədaqət prinsipi
Tramp yeni prezident administrasiyasının yaratdığı minlərlə vakant yeri tutmağa başlayıb, o, həmçinin əvəz etmək niyyətində olduğunu dediyi yüksək vəzifəli karyera bürokratlarını da saymır.
2016-cı ildə, o, siyasətə yeni başlayanda, əsas vəzifələrdə daha çox oturuşmuş respublikaçılara etibar etmişdi. Bu dəfə onun ixtiyarında sadiqliyini sübut edən çoxlu potensial namizədlər var. Üstəlik, son səkkiz il ərzində tanınmış respublikaçıların da bir oxu onun sadiq tərəfdarlarına çevriliblər.
Cənubi Dakota qubernatoru Kristi Noeminin daxili təhlükəsizlik katibi və Fox News-un aparıcısı, mühafizəkar yazıçı Pit Heqsetinin isə müdafiə naziri təyin edilməsi də bu dəfə daha çox sədaqət prinsipinə üstünlük veriləcəyini göstərir. Çünki hər iki şəxs həmişə Trampın qızğın tərəfdarları olublar. Rubio və Stefanik kimi digərləri, ilk prezidentlik kampaniyasının əvvəlində Trampı tənqid etdilər, lakin sonra onların sərt sözlərinin keçmişdə qaldığını nümayiş etdirmək üçün illər sərf etdilər. Tramp ilk təyinatlarına görə sədaqət üzərində dayana bilər, lakin ölkəni idarə etmə təzyiqlərinin öhdəsindən gəlmək bacarığı onun ikinci müddətinin birinci müddətindən fərqli olub-olmayacağını göstərmiş olacaq.
Nəsimi Şərəfxanlı
Xüsusi olaraq Musavat.com üçün