ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətdə olduğunu bildirib.
Musavat.com xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlər Trampdan Kim Çen Inla münasibətləri bərpa etməyi planlaşdırıb-planlaşdırmadığını soruşublar.
Buna Tramp belə cavab verib:
“Mənim Kim Çen Inla əla münasibətim var və nə olacağını görəcəyik. Onun əlində nüvə silahı var”.
Donald Tramp Rusiya və Çinin nüvə arsenalları barədə də danışıb:
“Onların sayını azalda bilsək, bu, böyük nailiyyət olar. Bizim çoxlu silahlarımız var və gücümüz çox böyükdür”.
Ağ Evin sözçüsü Trampın KXDR ilə bağlı siyasətiylə əlaqədar bunları çatdırıb:
“Donald Tramp prezidentliyi dövründə Şimali Koreyanın tam nüvəsizləşdirilməsi siyasətini davam etdirəcək”.
Xatırladaq ki, Tramp andiçmə mərasimindən sonra Şimali Koreya lideri Kim Çen Inla əməkdaşlığı bərpa etməyi planlaşdırdığını bildirib.
Musavat.com