Tramp Kamala Harrislə debatdan İMTİNA ETDİ - SƏBƏB

Tramp Kamala Harrislə debatdan çıxdı, çünki o, anketlərdə artıq liderdir.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

“İndi deyirəm ki, mən niyə debat aparmalıyam? Mən seçkilərdə liderəm və hamı onu da məni də tanıyır”, - Tramp qeyd edib. 

Eyni zamanda sorğular Harrisin Trampla fərqi azaltdığını göstərir. Bu sürətlə davam etsə, bu, Trampın debata girməsi üçün təzyiqi artıra bilər. 

 

Musavat.com

02.08.2024 22:22
1244