ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp gələn həftə “McDonald's” restoranlar şəbəkəsində işləmək istədiyini deyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, rəqibi Kamal Harrisin bir vaxtlar fast fud restoranında çalışdığı xəbərə bu cür istehzalı münasibət bildirib.
“Düşünürəm ki, gələn həftə “McDonald's”da dayanacağam və təxminən yarım saat kartof qızartmağa çalışacağam. Mən bunun necə olduğunu bilmək istəyirəm”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, Harrisin vaxtilə belə bir yerdə işləməsi haqqında məlumat onun vitse-prezidentliyə namizədi Tim Uolts tərəfindən yayılıb. Tramp bu hekayəni uydurma hesab edir.
Musavat.com