Tramp indidən özünü qalib elan edib


ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa görə, dünya demokrat rəqibi Kamala Harrisdən çox, məhz onun noyabr seçkilərində qalib gəlməsinə hazırlaşır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Miçiqan ştatının Flint şəhərində çıxış edərkən danışıb.

“Mənim qələbəmin dünyanı şoka salacağını düşünmürəm. Hesab edirəm ki, dünya və Avropa buna hazırdır. Onlar hətta bunun olmasını istəyirlər, çünki dünya partlamaq ərəfəsindədir və mənimlə o, partlamayacaq”-deyə Tramp qeyd edib.

Musavat.com

18.09.2024 14:38
253