Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ikinci dərəcəli variantlarının sayının artacağını bildirib.
Tramp jurnalistlərin sualına cavab olaraq bildirib ki, indiyədək yüksək gömrük rüsumları yalnız Hindistana qarşı tətbiq olunub, lakin yaxın gələcəkdə digər ölkələr, o cümlədən Çin də bu addımlardan təsirlənə bilər.
“Çox sayda ikinci dərəcəli sanksiyalar görəcəksiniz”, – deyə ABŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Çinin Rusiyayla ticarətinə görə əlavə rüsumlar tətbiq etməyi nəzərdən keçirir.
Bu açıqlama ABŞ-ın Rusiya ətrafında iqtisadi təzyiqlərini daha da artırmaq niyyətində olduğunu göstərir.
Musavat.com