Tramp Heqset qalmaqalı fonunda: “Mən möhtəşəm iş görürəm”

ABŞ prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetin adı hallanan qalmaqal fonunda öz fəaliyyətini müdafiə edib.

Musavat.com xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında bildirib:

“Mən möhtəşəm iş görürəm. Sadəcə husilərə soruşun, vəziyyətləri necədir”.

Xatırladaq ki, mediada yayılan məlumatlara əsasən, müdafiə naziri Pit Heqset Yəmənə endiriləcək mümkün zərbələrlə bağlı planları ailə üzvləri və vəkili ilə paylaşdığı şəxsi çatda müzakirə edib. Bu isə təhlükəsizlik protokollarının pozulması ilə bağlı ciddi suallar yaradıb. Pentaqon rəhbəri isə bu yayılan xəbərləri təkzib edib. 

 

Musavat.com

21.04.2025 21:33
235