Tramp Harrislə debatdan qaçdı  

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, vitse-prezident Kamala Harrislə yeni debatdan imtina edib.

Musavat.com-un xarici agentliklərə istinadən verdiyi məlumata görə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

“Proses artıq çox uzağa gedib, səsvermə artıq başlayıb – heç bir revanş olmayacaq!” – Trampın statusunda qeyd olunur.

Sabiq prezidentin sözlərinə görə, Harris bu yaxınlarda Baydendən fərqli bir şey etməyəcəyini bildirib, bu da ikinci debatı mənasız hala gətirir.

Musavat.com

10.10.2024 12:34
328