Ağ Ev: “Bu, hazırda atəşkəsə və girovların azad olunmasına əngəl yaradan HƏMAS-ı mükafatlandırmaq deməkdir”
Musavat.com xəbər verir ki, Tramp Fələstin dövlətinin tanınması məsələsində Qərb liderləri – Fransa Prezidenti Emmanuel Makron, Kanada Baş naziri Castin Trüdo və Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə eyni fikirdə deyil. Bu barədə Ağ Evin mətbuat katibi Kərolayn Livitt açıqlama verib.
O bildirib ki, Tramp bu addımı hazırda bölgədə sabitliyin əldə olunmasına qarşı bir təhdid kimi qiymətləndirir: “O hesab edir ki, bu, HƏMAS-ı mükafatlandırmaq deməkdir – halbuki HƏMAS atəşkəsin əldə olunmasına və girovların azad edilməsinə real maneədir”, – deyə Livitt qeyd edib.
Xatırladaq ki, bir neçə Avropa ölkəsi Fələstin dövlətinin tanınması məsələsini gündəmə gətirib və diplomatik səviyyədə bəzi addımlar atıb. ABŞ isə bu prosesi ehtiyatla izlədiyini bildirir.
Musavat.com