Tramp faşizmlə bağlı ittihamları rədd edir

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp faşizmlə bağlı opponentləri tərəfindən yönəldilən ittihamları rədd edib.

Musavat.com-un xəbərinə görə, “Deyirlər ki, mən Hitlerəm, faşistəm. Mən faşist deyiləm. Mən onun qarşısındayam”, - deyə Tramp Corciya ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ prezidenti Co Baydenin Donald Trampı faşist hesab etdiyini söyləyib. Eyni fikri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milli və Ağ Evin keçmiş administrasiya rəhbəri Con Kelli də bölüşür.

Maraqlıdır ki, onların hər ikisi Tramp administrasiyasında çalışıb.

Musavat.com

29.10.2024 13:57
212