“Forbes” jurnalının hesablamalarına görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti seçkilərdə prezidentliyə namizəd olacaq şəxslər arasında ən zənginidir. Nəşrin saytında yerləşdirilən məlumata görə, prezidentliyə 16 iddiaçının ümumi sərvəti təxminən 4 milyard dollar qiymətləndirilir. Siyahıda bir nəfər milyarder, qalanları isə milyonerlərdir.
“Forbes” Trampın sərvətini 2,6 milyard dollar qiymətləndirib, iş adamı Vivek Ramasvami 880 milyon dollarla ikinci yerdədir. ABŞ-ın hazırkı prezidenti Co Bayden 10 milyon dollar gəlirlə altıncı yerdədir. Ondan sonra gələn ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 8 milyon dollar qazanıb.
Növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Musavat.com