ABŞ Prezidenti Donald Tramp administrasiyası Milli Təhlükəsizlik Şurasında (MTŞ) kəskin islahatlara başlayıb.
Musavat.com-un CNN-ə istinadən verdiyi xəbərə görə, Trampın göstərişi ilə MTŞ-nin 100-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib.
Şura aparatının rəhbəri Brayan MakKormak tərəfindən əməkdaşlara göndərilən elektron məktubda onlara iş yerlərini tərk etmək üçün cəmi 30 dəqiqə vaxt verildiyi bildirilib.
Axios-un məlumatına görə, Prezident Tramp və dövlət katibi Marko Rubionun rəhbərliyi ilə aparılan bu islahatlar MTŞ-nin strukturunda "dərin dövlət" elementlərinin mövcudluğu və şuranın administrasiyanın baxışlarına uyğun gəlməməsi ilə əsaslandırılır.
ABŞ rəsmiləri bu prosesin davamlı olacağını və təhlükəsizlik sistemində köklü dəyişikliklərin gözlənildiyini istisna etmirlər.
Musavat.com