Tramp Çinə ultimatum verdi: Sabaha qədər rüsumları ləğv etməsə...

ABŞ prezidenti Donald Tramp Pekinin ABŞ-ın rüsumlarına qarşı cavab tədbirlərini ləğv etmədiyi təqdirdə, aprelin 9-dan etibarən Çin mallarına daha 50 faiz əlavə gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.

Musavat.com xəbər verir ki, bunu o, Truth Social sosial şəbəkəsində yazıb: “Mənim bizim cavab tariflərinə görə hansısa əlavə tarif tətbiq edəcək ölkələrə daha böyük dərəcələrlə tariflər olacağına dair xəbərdarlığıma baxmayaraq, dünən Çin, ABŞ-a mövcud soyğunçu tariflərə, şirkətlərə dövlət subsidiyalarına, qeyri-monetar məhdudiyyətlərə və kütləvi valyuta manipulyasiyasına əlavə olaraq 34 faiz cavab tarifləri müəyyənləşdirib”.

O, qeyd edib ki, Çin sabaha – aprelin 8-dək 34 faizlik rüsumları ləğv etməsə, aprelin 9-da ABŞ ona qarşı 50 faizlik rüsum tətbiq edəcək: "Bundan başqa, Çinlə onların bizimlə tələb etdikləri görüşlərlə bağlı bütün danışıqlar dayandırılacaq. Görüşləri tələb edən digər ölkələrlə də dərhal danışıqlara başlanacaq. Bu məsələyə diqqətinizə görə təşəkkür edirik".

 

Musavat.com

07.04.2025 22:52
3410