Tramp: “Bayden seçkidən əvvəl də ABŞ-a böyük ziyan vura bilər”

Amerika Birləşmiş Ştatlarının keçmiş lideri Donald Tramp bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası seçkilərə qalan müddətdə ölkəyə böyük ziyan vura bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp bu sözləri öz tərəfdarları ilə görüşdə deyib.

“Ən kədərlisi odur ki, bu adamın (Bayden) və bu administrasiyanın səriştəsizliyi doqquz ay ərzində böyük ziyan vura bilər. Onların vurduğu ziyan çox böyükdür”, - eks-prezident bildirib.

Tramp daha əvvəl demişdi ki, ABŞ Baydenin siyasətinə görə cəhənnəmə gedir.

Musavat.com

 

23.02.2024 11:06
430